Rusiyada yanacaq bazarında "qiymət şoku"
Rusiyada yanacaq bazarında vəziyyət sabitləşməyə başlasa da, qiymət artımı ciddi təsir göstərib.
BAKU.WS xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) rəhbəri Aleksandr Şoxin deyib.
Onun sözlərinə görə, yanacaq bazarında böhran dərinləşməsə də, yaranmış qiymət şokunun təsirləri hələ də hiss olunur. Şoxin bildirib ki, bu amil Rusiya Mərkəzi Bankının iyulun 24-də keçiriləcək iclasında uçot dərəcəsi ilə bağlı qərarına təsir göstərə bilər.
O qeyd edib ki, bazarın tam normallaşması üçün müəyyən vaxt tələb olunur.
Xatırladaq ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak da hökumətin gördüyü tədbirlərin nəticə verdiyini açıqlayıb. Onun sözlərinə görə, bəzi regionlarda yanacaq satışına tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti genişlənir və növbələr azalır.
Oxşar xəbərlər
Alimlər xəbərdarlıq edir: Yer ətrafında Saturna bənzər işıqlı halqa yarana bilər
Alimlər hesab edirlər ki, yaxın onilliklərdə Yer ətrafında Saturnun halqalarını xatırladan işıqlı zolaq formalaşa bilər. BAKU.WS xəbər verir ki, bunun əsas səbə...