Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb
Bildirilib ki, 94 yaşlı aktyor İsraildə dünyasını dəyişib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, T.Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə "Xalq artisti" fəxri adına və "Şöhrət" ordeninə layiq görülüb.
Qeyd edək ki, Tofiq Mirzəyev "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq", "Təhminə", "O qızı tapın" və digər ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub.
Oxşar xəbərlər
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Hac...