13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bakıda yol hərəkəti qaydalarını pozan sürücü iki polis əməkdaşını döyüb.
 
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, H.Əliyev küçəsində baş verib. Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Bəhruz Məmmədli idarə etdiyi "Mitsubishi” markalı 90 BV 701 nömrəli avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü B.Məmmdəli həmin vaxt orada xidmətdə olan Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis baş leytenanatı 1979-cu il təvəllüdlü Anar Rəsulov və polis serjantı 1984-cü il təvəllüdlü Kazım Həziyev tərəfindən saxlanılıb.

B.Məmmədli polis əməkdaşları söyərək təhqir edib, K.Həziyevin paqonunu qoparıb. Sürücü, digər polis əməkdaşı A.Rəsulovun üzündən yumruqla vuraraq ona xəsarət yetirib.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
 
BAKU.WS