Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat
"Qarabağ və Şərqi Zəngəzur bölgələrinin işğalı dövründə məscidlərimiz, eləcə də islam mədəniyyət abidələrimiz Ermənistan tərəfindən bütövlükdə dağıntılara məruz qalıb - hətta məscidlərin içinə donuzlar salınıb".
BAKU.WS xəbər verir ki, bunu bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb. O bildirib ki, Azərbaycan bu yaşananlara qisas aktı kimi yanaşmır, lakin bu, bizim tariximiz və milli irsimizdir, olanları unuda bilmərik:
"Mənim ölkəm zərdüştlüyün meydana gəldiyi ilk mərkəzlərdən biridir. Bura həmçinin IV əsrdən başlayaraq xristianlığın yayıldığı ilk məkanlardan biridir: xristianlıq Qafqaz Albaniyası çarlığı tərəfindən rəsmi din kimi qəbul edilib, bununla yanaşı, Azərbaycan islam dinini ilk mənimsəyən ölkələr sırasında olub".
Hikmət Hacıyev qeyd edib ki, müasir dövrdə üç din - islam, xristianlıq və iudaizm məscid, kilsə və sinaqoqlarla yanaşı Azərbaycanda qarşılıqlı hörmət şəraitində birgə mövcuddur:
"Artıq biz müharibədən zəfərlə ayrılmışıq, lakin çətin mübarizə olan sülh prosesində də qələbə qazanırıq.
Ermənistan hökuməti və siyasi rəhbərliyi öz xalqını sülhə hazırlamaq istiqamətində iş aparmalıdır. Avropa Parlamenti isə qəbul etdiyi qətnamə və qərarlarla bölgəmizdəki sülh gündəliyini sarsıdır".
Throughout the years of occupation in Karabakh and Eastern Zangezur, our mosques, our Islamic cultural heritage were a subject of complete destruction by Armenia — even the pigs were put inside of the mosques." “We are not taking it as a sign of revenge, but it's our history and our heritage and we cannot forget that;" he added. “My country is one of the first places of Zoroastrianism." "It’s also one of the first places of Christianity since the fourth century: Christianity was adopted by the (Caucasian) Kingdom of Albania as an official religion,” while Azerbaijan was "also one of the first countries that adopted Islam.” currently, three religions — Islam, Christianity, and Judaism, with mosques, churches, and synagogues — are side by side” in Azerbaijan. “Now we won the war, but we are also winning in peace which is an uphill struggle,” Armenian government and Armenian leadership should work to prepare their people for the peace. The European Parliament is adopting resolutions and decisions, and undermining the agenda of peace of our region," https://t.co/Dl4okuCJKs
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 17, 2026
Oxşar xəbərlər
İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur
Müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaran...