055 213 76 73
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 51 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.
BAKU.WS