"QHT işi": Qalib Bayramova şərti cəza verildi
"QHT işi" üzrə ittiham olunanlardan daha birinin - vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, Q.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona 3 il sınaq müddəti seçilməklə şərti cəza təyin edib.
Xatırladaq ki, dövlət ittihamçısı Qalib Bayramovun 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. İstintaq müddətində onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
Oxşar xəbərlər
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlanıb. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisə sentyabrın 9-da səhər s...