VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Bu barədə BAKU.WS-ə Eyyub Hüseynov özü məlumat verib. 

Onun sözlərinə görə, 44 yaşlı qızı Xumar xərçəng xəstəliyindən dünyasını dəyişib. 

E. Hüseynov bildirib ki, Xumar bir ildir ağciyərində xərçəng xəstəliyindən müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb: "Xumar Hüseynova orta məktəbi qızıl medalla bitirmişdi. O, Toronto Universitetində magistratura və doktoranturanı birimişdi. Kanadada 8 il ürək damar cərrahı işləmişdi. Sonra Amerikada 4 il həkim işləmişdi. Onu xərçəng xəstəliyi yaxalamışdı. Harvard Universitetinin Onkologiya Mərkəzində 1 il müalicə alsa da, amerikalı və israilli həkimlər belə onu sağalda bilmədi".

Orxan Hüseyn
BAKU.WS