Azərbaycanda jurnalist döyüldü - FOTO

Azərbaycanda jurnalist döyüldü - FOTO
Foto
Hadisə 1747
Tanınmış jurnalist, BAKU.WS-in redaktoru Zülfüqar Xeyirxəbər hücuma məruz qalıb.Bu barədə Z.Xeyirxəbər BAKU.WS-ə məlumat verib.Jurnalist bildirib ki, ötən gün axşam saat 19:30-da maşını ilə Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.Həmin maşının sürücüsü jurnalistlə mübahisə edib və ona hücum çəkib.Ciddi bədən xəsarətləri alan sürücü 3 saylı xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Z.Xeyirxəbər ambulator müalicə üçün evə buraxılıb.Hadisə barədə açıqlama verən jurnalist bunları deyib:"Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı.Əlimlə işarə elədim ki, nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü.Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı.Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü.Qəfil zərbə endirdi.Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib. Faktla bağlı araşdırmalara başlanıb.BAKU.WS-in redaktoru, jurnalist Zülfüqar Xeyirxəbərin döyülməsilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məlumatlıdır.Bu barədə BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə məlumat verib.“Zülfüqar Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı BŞBPİ rəhbərliyi məlumatlıdırılıb. Faktın araşdırılması ilə müvafiq göstərişlər verilib. Nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə Elşad Hacıyev bildirib.

Son xəbərlər