Vaqif Əsədovdan jurnalistin şikayətinə MÜNASİBƏT

Vaqif Əsədovdan jurnalistin şikayətinə MÜNASİBƏT
Foto
Digər 1166
“Yol polisi əməkdaşı yanlışlığa yol verərsə, törətdiyi xətaya görə barəsində tənbeh tədbiri həyata keçirilir”.Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə bildirib.Onun sözlərinə görə, yol polisi əməkdaşının tərtib etdiyi protokol qeyri-qanuni olarsa, protokol ləğv olunur."Əgər vətəndaş narazılıq edirsə, vətəndaşın şikayəti yerindəcə araşdırılır. Qanun icazə verir ki, vətəndaşın iştirakı ilə tərtib olunan protokoldan 10 gün müddətində şikayət etsin.Ehtimal olaraq texniki vasitə olduğu üçün hər hansı yanlışlıq baş verə bilər. Vətəndaşın şikayət ərizəsinə baxılıb aydınlaşdırdıqdan sonra həqiqətən də nöqsan olarsa, lazımı tədbir görülür.Əgər tərtib olunmuş protokol qeyri-qanuni olarsa, təbii ki, protokol ləğv olunur. Yol polisi əməkdaşı yanlışlığa yol verərsə, barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbiri həyata keçirilir".Qeyd edək ki, jurnalist Zülfüqar Xeyirxəbər şəxsi “Facebook” hesabında Dövlət Yol Polisi tərəfindən sürət həddi 120 km/saat olan yolda 118 km/saatla hərəkət etdiyi halda, "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələndiyini yazıb. Jurnalist protokoldan şikayət edib.

Son xəbərlər