Azərbaycanda yol polisi yarım milyona yaxın cərimə yazdı (RƏSMİ)
02
sen
2017
09:49
Paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bu il yanvarın 1-dən avqustun 26-dək Bakıda keçirilən tədbirlər nəticəsində 451 min 918 inzibati protokol tərtib edilib.BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, protokollardan 9182-si avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi, 19 min 856-sı svetoforun qırmızı işığında keçmə, 4238-i sərnişindaşıma qaydalarının pozulması, 883-ü dövlət nömrə nişanı olmadan avtomobili idarə etmə, 4509-u ötmə, manevr etmə qaydalarının pozulması, 89 min 495-i yolayrıcını keçmə qaydalarının pozulması, 490-nı avtoxuliqanlıq, 1379-u isə nəqliyyat vasitəsinin sənədsiz idarə edilməsi ilə bağlıdır.Qalanları isə digər qayda pozuntusuna görə tərtib edilən protokollardır.Bundan başqa, 455 min 730 elektron protokol tərtib edilib ki, bu da mərkəzi məlumat sistemində avtomatik olaraq yerləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələnib - FOTO
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin və ictimai asa...