Vaqif Əsədov Bakıda evakuatorların fəaliyyətini dayandırması xəbərindən DANIŞDI
16
okt
2017
17:32
Bakıda Dövlət Yol Polisinə (DYP) məxsus evakuatorların fəaliyyətinin müvəqqəti dayandırılması barədə deyilənlər doğru deyil.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.V.Əsədov bildirib ki, hazırda evakuator avtomobilləri fəaliyyətini davam etdirir: “Bütün sahələrdə qışa hazırlıq işləri aparılır. Biz də qışa hazırlıq işləri həyata keçiririk. Eyni zamanda müvəqqəti mühafizə olunan dayanacaqlarda da bu işlər həyata keçirilir. Adı çəkilən duracaqda qışa hazırlıqla əlaqədar gedən təmir işləri ilə əlaqədar evakuator avtomobilləri şənbə və bazar günləri fəaliyyətini dayandırıb. Ancaq hal-hazırda evakuator avtomobilləri işini davam etdirir. Xatırladıram ki, Bakı ərazisində dayanma-durma qaydalarını pozanlar və parklanmaya icazə verilməyən ərazilərdə avtomobil saxlayan sürücülər barədə tədbirlərin görülməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən iş davam etdirilir. Yəni inzibati qaydada protokol da yazılır, qadağan edilmiş ərazidə avtomobil saxlanılırsa, evakuasiya olunur və yaxud da elektron protokol tərtib edilir”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda evakuatorlar işi dayandırdı – Maşınlar cərimə meydançasına aparılmır
Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb.Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar...