Bakıda evakuatorlar işi dayandırdı – Maşınlar cərimə meydançasına aparılmır
16
okt
2017
14:25
Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb.Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərdib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir.Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həqiqətən də ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb. Yəni dayanma-durma qaydasını pozan maşınlar cərimə meydançasına aparılmayıb.Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına maşın aparılması müvəqqəti olaraq dayandırılıb. Bir həftə sonra proses davam edəcək.BAKU.WS
Oxşar xəbərlər
AzTV rəhbərinin avtomobili cərimə meydançasına aparılıb
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.BAKU.WS “Report"a...