SİZİN REKLAM BURADA!
055 213 76 73


Metropolitenin "Sahil" stansiyasında problem yaranıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 10:55-də qeydə alınıb.

“Gərginliyin düşməsi nəticəsində elektrik enerjisinin verilməsində kəsinti yaranıb. Nəticədə avtomatik olaraq işıqlar sönüb və eskatorların fəaliyyəti dayanıb. 3 dəqiqə fasilə yaranıb. Təcili olaraq məsələyə müdaxilə olunub və problem aradan qaldırılıb”.

Qurum rəsmisi deyir ki, işığın sönməsi qatarların fəaliyyətinə təsir göstərməyib.

Qeyd edək ki, işıqlar sönən zaman sərnişinlər arasında həyəcanlı anlar yaşanıb.
BAKU.WS
VİDEO