Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişinlər dərhal vaqonlardan təxliyə olundu

Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişinlər dərhal vaqonlardan təxliyə olundu
Hadisə 697
Bu gün saat 10:35-də “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.Bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.Onun sözlərinə görə, hadisə “Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə hərəkət edən qatarda qeydə alınıb.Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib.Əvəzində xəttə köməkçi qatar buraxılıb.Hadisə nəticəsində iki qatar arasında təxminən 11 dəqiqə interval yaranıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər