Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,87 ABŞ dolları və ya 0,81 % artaraq 108,18 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 108,68 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,76 ABŞ dolları və ya 0,73 % artaraq 104,99 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti açıqlanıb
Dünya bazarında qiymətli metalların qiymətində dəyişkənlik davam edir. BAKU.WS xəbər verir ki, son bazar göstəricilərinə əsasən, bir unsiya qızılın qiyməti təxm...