Bakı metrosunda sərnişinləri qorxuya salan hadisə - VİDEO

20
avq
2019
12:31
Metropolitenin "Sahil" stansiyasında problem yaranıb.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.Onun sözlərinə görə, hadisə bu gün saat 10:55-də qeydə alınıb.“Gərginliyin düşməsi nəticəsində elektrik enerjisinin verilməsində kəsinti yaranıb. Nəticədə avtomatik olaraq işıqlar sönüb və eskatorların fəaliyyəti dayanıb. 3 dəqiqə fasilə yaranıb. Təcili olaraq məsələyə müdaxilə olunub və problem aradan qaldırılıb”.Qurum rəsmisi deyir ki, işığın sönməsi qatarların fəaliyyətinə təsir göstərməyib.Qeyd edək ki, işıqlar sönən zaman sərnişinlər arasında həyəcanlı anlar yaşanıb.
Oxşar xəbərlər
Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişinlər dərhal vaqonlardan təxliyə olundu
Bu gün saat 10:35-də “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasında qatarda texniki problem yaranıb.Bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin r...