Bakı metrosunda problem – Sakinlər təxliyyə olundu

Bakı metrosunda problem – Sakinlər təxliyyə olundu
Hadisə 922

Bakı metrosunda yenə də problem yaranıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, metronun “İçərişəhər” stansiyasında qatar işləməyib. Nəticədə sərnişinlər həmin qatardan təxliyyə ediliblər.Məsələ ilə əlaqədar Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib."Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub. Nasazlıq yaranan qatar depoya göndərilib", - deyə B.Məmmədov bildirib.Qeyd edək ki, hazırda qatarların intervalındakı problem aradan qaldırılıb.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər