SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hamılıqla ümid edirik ki,sağ-salamat tapılsın".

Bu sözləri BAKU.WS bölgə muxbirinə hazırda axtarışları aparılan pilotumuz Rəşad Atakişiyevin xalası oğlu Səbuhi Qılıncbəyli bildirib. 

"Hazırda Bakıdayam və ailə üzvülərimizlə xoş xəbər gözləyirik. Bizdə olan son məlumata görə axtarışlar davam etdirilir. Başqa heç bir məlumatımız yoxdur"
 
S.Qılıncbəyli bəzi KİV-də pilotumuz R.Atakişiyevin tapılması ilə bağlı yayılan xəbərləri də əsassız adlandırıb.

Bildirək ki, iyulun 24 də saat 22-00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin  MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vaistəsi radarlardan itib.
BAKU.WS