Xəzərdə itkin düşən hərbi pilot məşhurun kürəkənidir — FOTO
25
iyl
2019
14:02
Azərbaycan Hərbi Hava qüvvələrinin qəzaya uğrayan "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir. BAKU.WS xəbər verir ki, bu barədə Q.Hüseynli özü məlumat verib.Hazırda R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi. 34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var. Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb. Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Qabil Hüseynlinin bir qız, bir oğlan övladı var. Həm qızı, həm də oğlu musiqiçidir. Qızı Bülbül adına musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib. Daha sonra magistraturada təhsilini davam etdirib. Hazırda pedaqoq kimi Musiqi Akademiyasında dərs deyir, elmlər namizədi, dosentdir, evlidir.Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb
Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb. BAKU.WS Report-a istinadla məlumat verir ki, Hərbi Prok...