Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
Siyasət 1062
Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda işçi səfərdə olan Qazaxıstanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlığı nəzərdə tutulub.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər