Azərbaycan və İran müdafiə nazirləri görüşüb

Azərbaycan və İran müdafiə nazirləri görüşüb
Siyasət 1472

 

İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

BAKU.WS-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb

Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İr...

1351 Siyasət 16:34 15 aprel 2017

Son xəbərlər