VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada azərbaycanlı turistlərin olduğu avtobus qəzaya düşüb.

BAKU.WS
İHA agentliyinə istinadən xəbər verir ki, hadisə dünən Manavqat rayonunda qeydə alınıb.

Məlumata görə, turistləri oteldən şəhər mərkəzinə aparan avtobusun sürücüsü dönmə əməliyyatını yerinə yetirərkən 2 metr hündürlükdən yol kənarəndakı meşəliyə aşıb. Qəzaya səbəb yağışlı hava nəticəsində yolun sürüşkən olması göstərilir.

Qəzada 5 azərbaycanlı turist xəsarət alıb. Bunlar Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədovadır. Adıçəkilənlərin eyni soyadı daşıması onların bir ailənin üzvü olduğu ehtimalını yaradır.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO

QALEREYA