Bakının mərkəzində zəncirvari avtobus qəzası - 3 avtobus bir-birinə çırpıldı

Bakının mərkəzində zəncirvari avtobus qəzası - 3 avtobus bir-birinə çırpıldı
Hadisə 2374
Bakının mərkəzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, hadisə Mehdi Hüseyn küçəsində - İçərişəhər metrosu yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 6 saylı "BakuBus", 37 və 77 saylı avtobuslar bir-birinə çırpılıb. Qəzada 77 saylı marşrutun ön hissəsi və şüşələri, 37 saylı avtobusun ön və arxa hissəsi və 6 saylı avtobusun arxa hissəsi əzilib.Sürücülər qəzanın səbəbini gecə yağan yağışdan sonra yolun sürüşkən olması ilə əlaqələndiriblər. Hadisə şahidləri isə qəzaya yüksək sürətin səbəb olduğunu bildirirlər. Zülfiyyə QurbanovaBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər