6 saylı avtobusun hərəkət istiqaməti dəyişdirildi

6 saylı avtobusun hərəkət istiqaməti dəyişdirildi
Sosial 1059

"BakuBus” MMC-yə məxsus 6 saylı avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir. 

Bu barədə BAKU.WS-ə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. "Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Odur ki, 6 saylı xəttimiz Azadlıq metro stansiyasının önündən İçəri şəhər metro stansiyasına qədər hərəkət edəcək”, - deyə N. Allahyarova bildirib. 

BAKU.WS

Oxşar xəbərlər

Həftəsonu bağlanacaq yollar (ÜNVANLAR)

Həftəsonu bağlanacaq yollar (ÜNVANLAR)

Bakıda keçiriləcək "Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirilir. Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən BAKU.WS-ə verilən məlumata...

1059 Sosial 16:32 01 aprel 2016

Son xəbərlər