Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə dünən gecə saatlarında qeydə alınıb.

Samux rayon sakini 2002-ci il təvəllüdlü Hüseynov Zakir İsmayıl oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ətrafdakıların köməyilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin bel nahiyyəsindən 3 bıçaq zərbəsi aldığı bildirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi hələlik bilinməsədə Zakir Hüseynovun toy mərasimindən çıxanda bıçaqlandığı deyilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb. BAKU.WS