VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, məlumat daxil olan kimi polis tərəfindən təxirəsalınmaz əməliyyat keçirilib. 

Keçirilən əməliyyat zamanı Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin kimliyi məlum olub.
Məlum olub ki, həmin şəxs paytaxt sakini Tural Qarayevdir. Polis həmin şəxsi saxlayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub. Həmin işə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
BAKU.WS