SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsindəki 16 mərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Bildirilir ki, yanğın binanın elektrik şaxtasında meydana gəlib və binanın yuxarı mərtəbələrindən başlayaraq aşıağıya doğru genişlənib. Təhlükəsizlik məqsədilə binada qaz və elektrik xətləri şəbəkədən ayırılıb, sakinlər təxliyyə olunub.

Ərazidə hazırda Fövqəladə Hallar Nazirliyinin azı dörd yanğınsöndürən maşınları və canlı qüvvəsi işləyir.
BAKU.WS
QALEREYA