Şahin Nağıyev: Haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"2026-cı ilin yanvar-iyul aylarında haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev bildirib.
Onun sözlərinə görə, araşdırmaların 25-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub:
"Hesabat dövründə 23 iş üzrə pozuntular aradan qaldırılıb. Onlardan 18-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 5-i isə digər haqsız rəqabət halları üzrə qeydə alınıb.
Bundan başqa, pozuntusunu könüllü şəkildə aradan qaldıran 14 təsərrüfat subyekti olub".
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...