FHN Bakıda yanan yaşayış binası barədə xəbər yaydı (YENİLƏNİB)

FHN Bakıda yanan yaşayış binası barədə xəbər yaydı (YENİLƏNİB)
Hadisə 1999
Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın tam lokallaşdırılıb. Hadisə yerində yaradılan operativ qərargahdan APA-ya verilən xəbərə görə, inşa edilən binanın ümumi sahəsi 800 kv.m. olan yuxarı mərtəbəsində baş verən yanğın 600 kv.m. sahəni əhatə edib. Yanğın nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar (opalubka) yanıb. Mərtəbənin qalan hissəsini yanğından mühafizə olunub.Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqadası cəlb edilib.Hadisə zamanı xəsarət və ya tüstüdən zəhərlənmə halı qeydə alınmayıb.Yanğının fəsadların tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.***Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.BAKU.WS-in xəbərinə görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.BAKU.WS

Oxşar xəbərlər

Bakıda binada yanğın - 55 nəfər təxliyə edildi

Bakıda binada yanğın - 55 nəfər təxliyə edildi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabun...

1750 Hadisə 16:23 03 aprel 2018

Son xəbərlər