SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayəti ilə xəstəxanalara müraciət edib
 
BAKU.WS məlumat verir ki, xəstələrdən 5-i dünyasını dəyişib, 30 nəfər isə nəzarət altına alınıb. Səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, ötən ay qrip şikayəti ilə xəstəxanalara çox sayda müraciət daxil olub. Aparılan müayinələr zamanı xəstələrdə H1N1 virusu aşkarlanıb.
 
Dekabr ayından bu günə kimi ölənlərin sayı 8 nəfərdir. Ölənlərdən biri az yaşlıdır. Digər xəstələrin isə həkim nəzarət altında müalicələri davam etdirilir. 
 
Proffessor Ata Nevzat isə bildirib ki, qripin əhali arasında belə sürətlə yayılması hava şəraiti ilə əlaqədardır. Ancaq qarşıdakı aylarda azalacaq. Professor onu da qeyd edib ki, ölkə əhalisinin yalnız 10 faizinə peyvand vurulub. 20 milyon insanın həyatı risk altındadır. 
 
BAKU.WS