Ağsuda 40 yaşlı kişi qayınanasını döydü

Ağsuda 40 yaşlı kişi qayınanasını döydü
Hadisə 132

Ağsuda kişi qayınanasını döyüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri ərazisində baş verib.

Şəhər sakini, 1986-cı il təvəllüdlü İslam Azadov (ad və soyad şərtidir - red.) evində həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı anasına zəng vuraraq İslamın evdə dava saldığını bildirib. Qadın gecə vaxtı onlara gələrək, kürəkəni ilə mübahisə edib və qızını da götürüb öz evinə aparmaq istəyib. Kürəkənini söyən qayınana bununla sakitləşməyib, İslamın həyətində olan avtomobilinə bir neçə təpik vuraraq, avtomobili əzib. Bundan əsəbiləşən İslam qayınanasını yumruq zərbələri ilə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı protokol imzalayaraq məhkəməyə göndərib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub və inzibati xəta haqqında işə xitam verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb

Bakıda 74 yaşlı kişi futbol oynayarkən stadionda ölüb

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 74 yaşlı kişi futbol oynayarkən ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, qəsəbə ərazisində yerləşən stadio...

6 Hadisə 11:06 21 noyabr 2026

Son xəbərlər