VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 67 yaşlı Əli Məmmədovu avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidə yolu keçmək istəyən 35 yaşlı Seymur Vəliyevi maşın vurub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Masallıda da ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon sakini 43 yaşlı Mustafa Sadıxov idarə etdiyi avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi 47 yaşlı Mirhüsey Abdullayevin idarə etdiyi avtomobillə toqquşub. Nəticədə xəsarət alan Mirhüseyn Abdullayev və sərnişini 88 yaşlı Şəhrəbanu Ağayeva təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Şəhrəbanu Ağayeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS