Azərbaycanda zavodda partlayış baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə saat 10:30 radələrində Balakən şəhərində "Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada baş verib.
 
FHN-ə partlayışın baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hadisə nəticəsində yanğın baş veryib. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.
 
BAKU.WS