VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Səudiyyə Ərəbistanında şiə təriqətindən olan 47 nəfər "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunaraq edam edilib. 
 
BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə sözügedən edamla bağlı görüntü yayılıb. Videodakı başı kəsilən şəxsin alim Nimr ən-Nimr olduğu iddia olunur. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
 
İki ölkə arasında gərginlikdən sonra dünya birjalarında dollar və qızılın qiyməti bahalaşıb.

BAKU.WS