İran və Səudiyyə arasındakı siyasi qalmaqal dollar və qızılı bahalaşdırdı

İran və Səudiyyə arasındakı siyasi qalmaqal dollar və qızılı bahalaşdırdı
İqtisadiyyat 1647

 

Səudiyyə Ərəbistanı və İran arasındakı siyasi gərginliyin artmasından sonra qızıl dünya bazarında dəyər qazanmağa başlayıb.

BAKU.WS-in məlumatına görə, spot qızıl 0,5% bahalaşıb və unsiyası 1,066,04 dollara qədər yüksəlib. Qızıl son günlərdə ABŞ-ın dolların uçot dərəcəsini artırmaq cəhdləri fonunda təzyiq altında idi.

Mütəxəssislər bildirir ki, geosiyasi risklər bazara ciddi təsir edir və yaxın günlərdə bu, daha dəqiq hiss olunacaq. İki ölkə arasında gərginliklik dollardan da yan ötməyib. Səudiyyə Ərəbistanı və İran arasındakı siyasi qalmaqal dolların bahalaşmasına səbəb olub. ABŞ dolları daha çox Yaponiyanın pul vahidi yen qarşısında dəyər qazanıb. ABŞ dolları 120,04 yendən 120,39 yenə dək yüksəlib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər