SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabunun içərisindən narkotik maddə tapılıb.

BAKU.WS xəbər verir ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Cinayət Məcəlləsinin 32.5,206.3.2; 234.4.1; 234.4.3; 66.3 və 93.1.2-ci maddələrinə əsasən 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Bəşirov Amid Gülabas oğluna poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan sabunun içərisində xüsusi üsulla gizlədilmiş 8,488 qram "Həşiş qətranı"" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS