SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Pirimorsk vilayətində qəribə cinayət işi baş verib.


BAKU.WS “vesti.ru”ya istinadən xəbər verir ki, məktəblərin birində 12 yaşlı uşaq döyülüb. 5-ci sinif şagirdini məktəbdə təhsil alan uşaqların valideynləri döyüblər. Valideynlər həmin uşağı məktəbin tualetinə salıblar. Onu döyüblər və başını unitaza salıblar.

Qeyd edək ki, bundan əvvəl həmin uşaq sinif yoldaşları ilə yola getmədiyi və xuliqanlıq etdiyi üçün şikayət edilib. Hətta onun ucbatından bir qız xəstəxanalıq olub. Onun dəcəlliyinə son qoyulması üçün dəfələrlə ana və atasına xəbərdarlıq edilib. Lakin heç bir nəticə olmayıb.

Həmin şagirdi bir neçə dəfə məktəbdən çıxartmaq da istəyiblər. Lakin sonradan həmin uşaq məktəbdə qalıb.

Döyülən şagirdin valideynləri polisə şikayət edib. Faktla bağlı Pirimorsk prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS