Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı

Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı
Video
Hadisə 2785

Sosial şəbəkələrdə yol qaydalarını pozan sürüclərin görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, kadrlar Gədəbəy rayonunda lentə alınıb.

Videoda "VAZ 2107" markalı avtomobillərin sürücülərinin kütləvi formada qaydaları pozduğu kadrlar əks olunub. Vİdeodan da göründüyü kimi onlar əks yolla hərəkət edib və qırmızı işıqda keçiblər.

Yayılan görüntülərdən sonra polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Gədəbəy rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atan, eyni zamanda ictimai narazılığa səbəb olan sürücülər müəyyən ediliblər.

Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib.

Sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi əməl etmələrinin vacibliyi izah olunub və barələrində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.

Yolda avtoxuliqanlıq edən sürücülərin görüntülərini təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, D...

222 Hadisə 23:23 12 oktyabr 2026

Son xəbərlər