Neymar üçün Braziliya millisində vida oyunu keçirilə bilər
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın əfsanəvi futbolçularından Neymar üçün xüsusi vida oyununun təşkilini nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, təşəbbüs hələlik ilkin müzakirə mərhələsindədir və yekun qərar qəbul edilməyib.
Xatırladaq ki, 34 yaşlı hücumçu bir müddət əvvəl Braziliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Neymar milli komandada debütünü 2010-cu ildə edib və bu müddət ərzində 130 oyunda meydana çıxaraq 80 qol vurub, 59 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu rekorduna sahibdir.
Neymar milli komandanın heyətində 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub, 2016-cı il Rio Olimpiadasında qızıl, 2012-ci il London Olimpiadasında isə gümüş medal qazanıb. Bundan başqa, o, 2021-ci ildə Amerika Kubokunda gümüş medal əldə edib.
Oxşar xəbərlər
"Mançester Siti" Rodriyə əvəzləyici tapdı: Ayub Buaddi ilə 5 illik razılıq əldə olunub
"Mançester Siti"nin, Madrid "Real"ına keçidə yaxın olan ispaniyalı dayaq yarımmüdafiəçisi Rodrinin əvəzini tapdığı bildirilir. BAKU.WS xəbər verir ki, bu barəd...