Ceyranbatan–Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Ceyranbatan-Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bidirlib.
Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.
Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:
"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...