Çanaqqala boğazında gəmilərin hərəkəti bərpa olundu
Çanaqqala boğazında gəmi hərəkəti yenidən bərpa edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyadan Rusiyaya üzən, San-Marino bayrağı altında fəaliyyət göstərən və uzunluğu 190 metr olan "Pilatus Marine" adlı quru yük gəmisi mühərrik nasazlığı səbəbindən Çanaqqala boğazının Nara döngəsində saya oturmuşdu.
Sahil Təhlükəsizliyi Baş İdarəsinin dalğıcları tərəfindən aparılan yoxlamalar zamanı gəmidə hər hansı zədələnmə aşkarlanmayıb. Bundan sonra həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində gəmi təhlükəsiz şəkildə üzdürülərək marşrutuna qaytarılıb.
Əməliyyat Çanaqqala Gəmi Hərəkətinə Nəzarət Xidmətinin koordinasiyası, bələdçi kapitanın müşayiəti və xüsusi xilasetmə gəmilərinin iştirakı ilə uğurla başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, gəminin boğazdan təhlükəsiz keçidi təmin edildikdən sonra Çanaqqala boğazında şimal-cənub istiqamətində gəmi hərəkətinə yenidən icazə verilib.
Oxşar xəbərlər
Rusiya Ukraynada telekommunikasiya mərkəzlərinə zərbə endirdiyini açıqladı
Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisinə endirilən kütləvi zərbələr nəticəsində telekommunikasiya mərkəzlərinin hədəfə alındığını açıqlayıb. BAKU.WS xəbər ver...