Bakıda sərnişin avtobusu yük maşınına çırpıldı
29
iyl
2026
11:00
Bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb.
Nəticədə avtobusa ciddi zərər dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli...