II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər

II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
Digər 10

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan seçki kampaniyasına mane olmaqda təqsirli biliniblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qərarı bu gün Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Gevork Manukyan elan edib.

Hökm daha sonra çıxarılacaq. Əlavə dinləmələr oktyabrın 15-nə təyin edilib.

Xatırladaq ki, onlar 2025-ci il noyabrın 3-də həbs ediliblər. İstintaqın məlumatına görə, noyabrın 1-də Vaqarşapatın genişləndirilmiş icmasına daxil olan Voskeat kəndində onlar təşviqat materialları paylayan "Respublika" partiyasının nümayəndəsi ilə münaqişəyə girərək onu təhqir ediblər. 2026-cı ilin fevralında onlar ev dustaqlığına buraxılıb, may ayında isə inzibati nəzarətə götürülüblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb

Laura İsak: Şuşa məndə böyük təəssürat yaradıb

Şuşa məndə çox xoş təəssürat yaradıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu bu gün ilk dəfə Şuşaya səfər edən rumıniyalı beynəlxalq səyyah Laura İsak...

16 Digər 18:31 08 oktyabr 2026

Son xəbərlər