UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə qarşılaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə Bolqarıstanın ÇSKA Sofiya klubu ilə üz-üzə gələcək. Qarşılaşma Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə (0:0) ilə yekunlaşıb. Bu səbəbdən cütün taleyi cavab görüşündə müəyyənləşəcək.
Bu mərhələni uğurla adlayan komanda UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) – "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Famil Xəlilo...