Erdal Beşikçioğlu saxlanılıb

Erdal Beşikçioğlu saxlanılıb
Dünya 50

Türkiyənin paytaxtı Ankarada yerləşən Etimesqut Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.

BAKU.WS xəbər verir ki, hazırda Beşikçioğluna qarşı irəli sürülən ittihamların məzmunu və istintaqın gedişi ilə bağlı rəsmi qurumlar tərəfindən ətraflı açıqlama verilməyib.

Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu siyasətə gəlməzdən əvvəl uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət göstərib. O, Türkiyə Dövlət Teatrlarında müxtəlif vəzifələrdə çalışıb və xüsusilə televiziya serialları ilə geniş tanınıb. Beşikçioğlu 2015-ci ildə Ankara Dövlət Teatrından təqaüdə çıxıb.

Siyasi fəaliyyətinə Cümhuriyyət Xalq Partiyasının (CHP) sıralarında başlayan Beşikçioğlu, 31 mart 2024-cü ildə keçirilən yerli seçkilərdə partiyanın Etimesqut bələdiyyə sədri namizədi kimi qalib gəlib. O, 4 aprel 2024-cü ildə səlahiyyətlərini rəsmən icra etməyə başlayıb.

İstintaqın nəticələri və saxlanılmanın səbəbləri ilə bağlı yeni məlumatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər