Xəzərin sahilində keçirilən "Dream Fest"in İLK GÜNÜNDƏ YAŞANANLAR

Xəzərin sahilində keçirilən Dream Festin İLK GÜNÜNDƏ YAŞANANLAR
Video
Şou-biznes 232

Ötən gün paytaxtda yayının əsas hadisəsi olan "Dream Fest" beynəlxalq musiqi festivalı start götürüb.

BAKU.WS xəbər verir ki, hələ üç gün davam edəcək tədbir "Sea Breeze Resort"un sahilində təşkil edilib. İlin həyəcanla gözlənilən festivalında Azərbaycanın Xalq artistləri və xarici müğənnilər, o cümlədən xeyli sayda tamaşaçı iştirak edib. Məşhurlar əvvəl ağ xalıya çıxıblar.

Onlar yerli mətbuatın suallarını cavablandırıblar. Musiqinin ən yaxşıları Xəzərin sahilində keçirilən "Dream Fest" xalısında ulduz kimi parlayıblar.

Xalq artisti Emin Ağalarov Festivala həyat yoldaşı Alyona Qavrilova ilə birlikdə qatılıb. Alyona xüsusi gecə üçün uzun, sadə və zərif çəhrayı rəngli libas seçib.

Xalq artisti Zülfiyyə Xanbabayeva möhtəşəm musiqi gecəsinə modelyer Rüfət İsmayılın xüsusi olaraq hazırladığı qara və ağ çalarlı libasla qatılıb. Sənətkarın zövqlü saç düzümü və makiyajı tanınmış stilist Elnur Həsənov tərəfindən edilib. Yerli və xarici KİV-in böyük marağı ilə qarşılanan sənətçi jurnalistlərin suallarını cavablandıraraq festival təəssüratlarını bölüşüb.

Müğənni Roza Zərgərli tədbirə qırmızı rəngli, fərqli biçimli dekolteli libasda qatılıb. O daha sonra ağ rəngli libasını geyinərək səhnədə dünyaca məşhur hitini ifa edib. "Dream Fest"in bütün qonaqlar mahnını onunla birlikdə oxuyub.

"Dream Fest"də müğənni Alsu geyimi ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. Sənətçi gecə üçün seçdiyi qızılı rəngli lüks paltarı ilə zəriflik və parıltı saçaraq həm iştirakçıların, həm də medianın marağına səbəb olub. Alsunun fotoları qısa müddətdə sosial şəbəkələrdə müzakirələr yaradaraq pərəstişkarlarının böyük rəğbətini qazanıb.

"Dream Fest"in diqqətçəkən qonaqlarından biri də məşhur ifaçı Ani Lorak olub. O, qırmızı xalıda zümrüdü yaşıl rəngli, zərif və dəbli libasda parlayıb. Sənətçinin sosial şəbəkədə paylaşdığı fotolar qısa müddət ərzində minlərlə bəyənmə və tərif dolu şərhlər alıb.

Müğənni Stas Mixaylov da "Dream Fest"ə qatılaraq festivalın qonaqları arasında yer alıb. O gecədə fotoqraflara xeyli pozalar verib.

Xatırladaq ki, "Dream Fest" bu gün və sabah da davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər