Bakıda marketin liftinin fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftinin fəaliyyəti dayandırlıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb.
Həmçinin, müvafiq akt tərtib edilərək, qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı, eləcə də sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə marketin rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.
Qalereya
Oxşar xəbərlər
Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ
İstanbulda aralarında azərbaycanlıların da olduğu beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sabah...