SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tətbirləri davam etdirir.
 
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin "Vixr-5” və "Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və "B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.
 
Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bundan başqa "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.
 
Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza–Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı "Svetlomor” və "Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.
 
BAKU.WS