Binanın altından metroya keçid inşa edilir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Məhəmməd Hadi küçəsində yerləşən 17 mərtəbəli binanın sakinləri binada aparılan tikinti işlərindən narahatdır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, onlar deyirlər ki, yaşadıqları binanın altındakı ticarət mərkəzinə metrodan keçid tikmək istəyirlər.
Sakinlər deyirlər ki, aparılan işlərdən evlərində rahat yaşaya bilmirlər.
Özünü binanın komendatı kimi təqdim edən İsa Talıblı isə bildirdi ki, sakinlərin tikinti gedir dedikləri ərazi binaya deyil, metroya aiddir və bunun binaya heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən sorğumuza cavab olaraq bildirildi ki, "Həzi Aslanov" stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, "Bakı Metropoliteni"nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...