“Günəşli” yatağındakı yanan platformaya desant atılıb
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi fasiləsiz olaraq tədbirlərini davam etdirir.
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, dekabrın 10-da saat 15:35-də nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5” gəmisindən 5 nəfər tərkibdə təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə 10-cu özülə desant edilib.
Özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin etmişlər. Bu gün isə saat 09:00-da "Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib. Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edirlər.
BAKU.WS
Oxşar xəbərlər
FHN “Günəşli” yatağındakı son vəziyyət haqqında məlumat yaydı
"Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsi və axtarış işlərini davam etdirir. BAKU.WS-...